"Sumqayıt" Samir Abasovun xahişini yerinə yetirmədi

23:32 - 15 İyun 2016

"Bunun səbəbini bilmirəm"
 
Mövsüm başa çatdıqdan sonra bir neçə futbolçusu ilə yollarını ayıran "Sumqayıt”da yeni mövsüm üçün hazırlıqlar gedir.
 
Sportal.az xəbər verir ki, Fərhad Vəliyev və Kamran Abdullazadə ilə müqavilə imzalayan "gənclik şəhəri” təmsilçisi yeni futbolçularla da danışıq aparır. 
 
Rəhbərlikdən heyətə legioner futbolçuların transfer edilməsini xahiş edən Samir Abasovun istəyi yerinə yetirilməyəcək. "Kimyaçılar” növbəti mövsümdə də heyətinə legioner futbolçu cəlb etməyəcək. Bu barədə xəbəri saytımıza açıqlamasında komandanın baş məşqçisi Samir Abasov məlumat verib:
 
"Bizim ümidimiz var idi ki, legioner futbolçu trasnfer etməyimizə icazə versinlər. Amma buna icazə vermədilər. Niyə icazə verilmədi, bunun səbəbini bilmirəm”.

Xəbər xətti