"Qəbələ" haqda məlumatım var idi"
"İdman direktoru Zaur Əzizov mənə zəng elədi və mənim "Qəbələ”də oynamağımı istədiyini dedi. Mən də öz növbəmdə bir az düşündüm və "Qəbələ”yə keçməyə razılıq verdim. Şadam ki, belə bir qərar qəbul etmişəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ”nin yeni transferi Filip Ozobiç deyib.
Xorvatiyalı futbolçu artıq "Qəbələ”nin heyətində iki yoxlama oyununda iştirak edib. Yarımmüdafiəçi komandadakı ab-hava haqqında danışıb:
"Hələ ki, komandamızda hər şey qaydasındadı. Yeni komandamın heyətində 2 oyun keçirmişəm. Düşünürəm ki, hər şey daha da yaxşı olacaq”.
Xorvatiya milli komandasının aşağı yaş qrupları üzrə komandasının sabiq futbolçusu daha əvvəl də "Qəbələ” haqqında məlumatının olduğunu bildirib:
"Əvvəlcədən "Qəbələ” haqda məlumatım var idi. Ötən il komandanın Avropa Liqasındakı çıxışını izləmişdim və yaxşı komanda olduğunu görmüşdüm. Komandanın heyətində yalnız Dodonu tanıyırdım. Çünki o əvvəllər Xorvatiyada oynamışdı.”
25 yaşlı futbolçu "Qəbələ” dəki hədəfləri barədə də danışıb:
"Qarabağ”ın ardıcıl 3 dəfə Azərbaycan çempionu olmasından xəbərim var. Mən də "Qəbələ”yə təzə gəlmişəm və ilk mövsümümdə komanda ilə birgə çempion olmaq istəyirəm”.
saytlarin hazirlanmasi