"Zirə"də gözlənilməz ayrılıq

10:05 - 16 İyun 2016

Bonilla paytaxt klubundan ayrıldı
 
"Zirə"nin salvadorlu hücumçusu Nelson Bonillaya Portuqaliyadan təklif gəldiyi haqda xəbər vermişdik.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, Nelson Bonilla paytaxt klubu ilə yolları ayırıb. 25 yaşlı forvard üçün sərfəli təklif alan "Zirə" onu buraxmağa qərar verib.
 
Qeyd  edək ki, Nelson Bonillanın yeni komandasının adına yaxın günlərdə aydınlıq gələcək.
 
Onu da bildirək ki, "Zirə” mövsüm başa çatdıqdan sonra Nicat Qurbanov ("Kəpəz"), Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov (hamısı "Qəbələ”: icarə müddəti başa çatıb), Rəşad Abdullayev, Ruslan Poladov, Çimezi Mbah, Dieqo Souza, Luis Alberto Diez (Tato) kimi futbolçularla yollarını ayırıb.

Xəbər xətti