"Böyük ehtimalla növbəti mövsümdən komandamızın heyətində çıxış edəcək"
"Sumqayıt” heyətini daha 2 futbolçu ilə gücləndirə bilər
Sportal.az xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi "Neftçi”nin futbolçuları – Məhəmməd Qurbanov və Mirabdulla Abbasovu heyətinə cəlb etmək niyyətindədir.
Bu barədə xəbəri "Sumqayıt”ın baş məşqçisi Samir Abbasov saytımıza verdiyi açıqlamada məlumat verib:
"Məhəmməd Qurbanovla danışıq aparmışıq. Böyük ehtimalla növbəti mövsümdən komandamızın heyətində çıxış edəcək. Bundan əlavə, "Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasovla da danışıqlarımız olub. Onun komandamıza keçidi haqqında son qərarı "Neftçi” klubunun rəhbərliyi verəcək. Ümid edirəm ki, "Neftçi”dən müsabət cavab almağı bacaracağıq. Hər iki futbolçunu heyətimizə cəlb etmək istəyirik”.
Xatırladaq ki, Mirabdulla Abbasov və Məhəmməd Qurbanovun "Sumqayıt"la danışıqlar apardığı haqda ilk məlumatı Sportal.az saytı xəbər vermişdi.
saytlarin hazirlanmasi