Sportal.az-ın xəbəri təsdiqləndi: Bonilla Portuqaliya klubunda

14:35 - 16 İyun 2016

Bonilla "Nasional"da
 
Nelson Bonillanın Portuqaliya klublarının birindən rəsmi təklif aldığı haqda məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, Portuqaliyanın “Nasional” klubu Bonilla üçün "Zirə"yə rəsmi təklif göndərib. "Zirə" futbolçunun Portuqaliya çempionatında çıxış etməsinə razılaşıb. Artıq Portuqaliya təmsilçisi ilə razılaşma əldə olunub və Bonilla tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə rəsmi müqaviləyə imza atacaq.
 
Qeyd edək ki, Bonillanın Portuqaliya klubuna keçəcəyi haqda ilk olaraq Sportal.az saytı məlumat vermişdi (http://sportal.az/?goal=news&id=73374)

Xəbər xətti