"Hər şey qaydasındadır"
Fransada təşkil olunan Avropa çempionatının E qrupunun II turu çərçiəsində baş tutan qarşılaşmada İtaliya və İsveç milli komandaları üz-üzə gəlib. 88-ci dəqiqədə fərqlənən Eder İtaliyaya 3 xal qazandırıb.
Sportal.az xəbər verir ki, oyundan sonra matç haqqında fikirlərini bildirən İsveç milli komandasının ulduz futbolçusu Zlatan İbrahimoviç Giorgio Kyellini ilə aralarında yaşanan hadisəni belə anladıb:
"Kyellini ilə problemimiz? Hər şey qaydasındadır. Əgər onunla problemim olsaydı, indi xəstəxanada idi".
saytlarin hazirlanmasi