AÇ-2016: Türkiyəli azarkeş meydana girdi, Fatih Terimə etiraz etdi FOTOLAR

01:25 - 18 İyun 2016

Azarkeş özünü ələ ala bilmədi
 
Xəbər verdiyimiz kimi, Avropa Çempionatının D qrupunda qərarlaşan İspaniya və Türkiyə komandaları üz-üzə gəib. İlk oyunda Xorvatiyaya uduzan Türkiyə millisi qrupda keçirdiyi 2-ci matçda da məğlub olub.
 
Sportal.az xəbər verir ki, oyun İspaniya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun gedişində türkiyəli azarkeşlər futbolçulara və Fatih Terimə etirazlar ediblər. Fanatlar baş məşqçidən komandanın kapitanı olan Arda Turanın meydandan çıxarılmasını tələb ediblər.
 
Türk azarkeşlərdən biri 3-cü qoldan sonra özünü ələ ala bilməyib və meydana daxil olaraq baş məşqçiyə və futbolçulara etiraz edib. Lakin təhlükəsizlik işçiləri fanatı meydandan dərhal uzaqlaşdırıblar.
 
 
 

Xəbər xətti