Azarkeşlərə görə
UEFA Xorvatiya Futbol Federasiyasını cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna səbəb xorvat azarkeşlərin Avropa çempionatında Çexiya ilə oyundakı davranışları olub. Belə ki, fanatların matç zamanı meydana kənar əşyalar atması, irqçi şüarlar səsləndirməsinə görə qitənin ali futbol qurumunu bu addımı atıb.
Qərara əsasən Xorvatiya Futbol Federasiyası 100 min avro məbləğində cərimə olunub. Federasiyanın qərardan apelyasiya vermək hüququ var.
Qeyd edək ki, Xorvatiya milli komandası AÇ-2016-da İspaniya, Türkiyə və Çexiya milliləri ilə birgə D qrupunda mübarizə aparır.
saytlarin hazirlanmasi