2 şans
Türkiyə millisi Avropa Çempionatının qrup mərhələsinin son turunda Çexiyanı məğlub etməklə 1/8 final mərhələsinə adlamaq şanslarını saxladı.
Sportal.az xəbər verir ki, ilk dəfə 24 komandalı sistemlə keçirilən çempionatda 4 ən yaxşı 3-cü pillə sahibi də növbəti mərhələyə adlayacağı üçün “ay ulduzlular”ın ümidi bitməyib.
Çexiyaya qədər hər iki oyunda – Xorvatiyaya (0:1) və İspaniyaya (0:3) uduzan Fatih Terimin komandası 2:0 hesablı qələbə qazanmaqla top fərqini -2-yə endirdi. Bununla da yalnız A qrupunun 3-cüsü olan Albaniya millisini qabaqlayan Türkiyə sonuncu oyun günündə 3-cü pillə sahiblərinin məğlubiyyətini gözləyəcək.
Bunun üçün E qrupunda mübarizə aparan hər iki oyun heç-heçə başa çatmalıdır. Əgər İsveçlə Belçika və İtaliya ilə İrlandiya bərabərliyə qalarsa, Türkiyə 1/8 finala adını yazdıracaq.
F qrupunda isə Portuqaliya Macarıstana uduzmalıdır. Həmçinin Avstriya İslandiya ilə ya heç-heçə etməli, ya da məğlub olmalıdır.
Yalnız bu 2 halda Türkiyə qitə turnirində yoluna davam edəcək.
saytlarin hazirlanmasi