David Lafata ilə Yaroslav Plaşil
Avropa çempionatında mübarizəni dayandıran Çexiyanın iki futbolçusu milli komanda karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, bunlar hücumçu David Lafata ilə yarımmüdafiəçi Yaroslav Plaşildir. Onlar qərarlarını D qrupunda Türkiyəyə 0:2 hesablı məğlubiyyətlə yekunlaşan son tur matçının ardından açıqlayıblar.
Qeyd edək ki, Fransanın "Bordo" klubunda çıxış edən Plaşil millidə 103 oyuna 4 qol vurub. Praqa "Sparta"sının oyunçusu Lafata isə 41 dəfə yığma formasını geyinib.
saytlarin hazirlanmasi