"İtaliyalıların qapıçısına rəsmən səhv etmək tapşırılmışdı"
Xəbər verdiyimiz kimi Türkiyə milli komandası Fransada təşkil olunan Avropa çempionatından kənarda qalıb.
Sportal.az xəbər verir ki, “ay ulduzlular” ən yaxşı üçüncü olmaq şansından məhrum olub. Türkiyə millisi 1/8 final mərhələsindən son anda ümidini üzüb. İrlandiya milli komandası İtaliya ilə oynadığı matçda 86-cı dəqiqədə hesabı açıb. Bu nəticə Türkiyə millisinin Avropa çempionatı ilə vidalaşması ilə nəticələnib.
Almaniya milli komandasının əfsanəvi qapıçısı Oliver Kan düşünür ki, İtaliya milli komandasının baş məşqçisi Antonio Konte bilərkdən İralndiya millisinə qarşı ikinci heyətlə çıxıb və Türkiydən intiqamını alıb:
“Konte 2013-cü ildə İstanbulda baş tutan “Qalatasaray” – “Yiuventus” oyununu unutmamışdı. Həmin vaxt “Yuventus”u çalışdıran Konte Sneyderin “Yuventus”a vurduğu qolun heyfini çıxdı. İtaliyalıların qapıçısına rəsmən səhv etmək tapşırılmışdı. İtaliya rəsmən qələbə qazanmaq istəmədi”.
Qeyd edək ki, “Qalatasaray” – “Yuventus” oyunu 2013-cü ilin dekabr ayının 11-də baş tutmuşdu. Qarlı hava şəraitində baş tutan matçda “Qalatasaray” 1-0 hesablı qələbə qazanmışdı. Bu nəticədən sonra “Yuventus” Çempionlar Liqası turniri ilə vidalaşmışdı.
saytlarin hazirlanmasi