1/8 final mərhələsi
Fransada təşkil edilən Avropa çempionatında 1/8 final mərhələsinin daha 3 oyununu idarə edəcək hakimlərin adına aydınlıq gəlib.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fransa - İrlandiya, Almaniya - Slovakiya və Macarıstan - Belçika matçlarını aşağıdakı hakimlər idarə edəcək:
26 iyun
17:00. Fransa - İrlandiya
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
20:00. Almaniya - Slovakiya
Baş hakim: Şimon Martsinyak
Yan xətt hakimləri: Pavel Sokolnitski, Tomaş Litskeviç
Əlavə köməkçi-hakimlər: Pavel Raçkovski, Tomaş Musyal (hamısı Polşa)
Dördüncü hakim: Byörn Kuypers (Hollandiya)
23:00. Macarıstan - Belçika
Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
saytlarin hazirlanmasi