Albaniya millisi vətəndə coşqu ilə qarşılanıb
AÇ-2016-da çıxışını başa vuran Albaniya millisi vətənə qayıdıb.
Sportal.az xəbər verir ki, yığmanın üzvlərini paytaxt Tiranada minlərlə azarkeş və ölkə prezidenti qarşılayıb.
Albaniya Futbol Federasiyası milli komandanın üzvlərinə pul mükafatı verib. Futbolçular və məşqçilər korpusu paytaxtın rəmzi açarına layiq görülüb. Bundan başqa yeni milli stadionun girişində Avropa çempionatında iştirak edən hər bir futbolçunun adı qeyd olunub.
Qeyd edək ki, A qrupunda mübarizə aparan albanlar ilk görüşdə İsveçrəyə 0:1, ardından Fransaya 0:2 hesabı ilə uduzub. Son olaraq Rumıniyaya 1:0 hesabı ilə qalib gələn Albaniya millisi qrupu 3-cü pillədə başa vurub.
saytlarin hazirlanmasi