Robert Prosineçki: "Bu futbolçular daha artığına layiq idilər"

13:13 - 26 İyun 2016

"Məğlubiyyət bizim üçün şok nəticə sayılmamalıdır"
 
Portuqaliyaya 0:1 hesabı ilə məğlub olan Xorvatiya yığması AÇ-2016 ilə vidalaşıb.
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına oyun haqda fikirlərini bildirib:
 
"Xorvatiyanın AÇ-2016-da mübarizəni dayandırması məni çox məyus etdi. Məğlubiyyət bizim üçün şok nəticə sayılmamalıdır. Portuqaliya qrup mərhələsini 3-cü pillədə başa vursa da, keyfiyyət və fərdi göstəricilər baxımından güclüdür. Oyunun taleyini Ronaldo və Kuarejma kimi usta futbolçular həll etdi. Xorvatiya Fransada yaxşı oyun sərgilədi və futbol azarkeşlərin rəğbətini qazandı. Təbii ki, bu futbolçular daha artığına layiq idilər. Ancaq bu dəfə alınmadı".

Xəbər xətti