İngiltərə yığmasının baş məşqçisi istefa verdi

10:48 - 28 İyun 2016

Hocson vəzifəsindən getdi
 
AÇ-2016-nın 1/8 final mərhələsində İslandiyaya məğlub olan İngiltərənin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verib.
 
Sportal.az xəbər verir ki, o komandasının uğursuzluğunda özünü günahkar hesab edib: “Çox məyus oldum. Çempionatı belə erkən tərk etmək yolverilməzdir. Bunların günahı məndədir. Buna görə də getmək qərarına gəldim”.
 
Roy Hocson 2012-ci ildən İngiltərə millisinin baş məşqçisi idi.

Xəbər xətti