Ölkə pezidenti: "Şampan içə-içə VİP otaqda niyə oturmalıyam?"

16:55 - 2 İyul 2016

"Mən tribunada azarkeşlərin arasında olacam"

 

Avropa çempionatında 1/4 finala vəsiqə qazanmaqla tarix yazan İslandiyanın yeni prezidenti Qudni Yohannesson maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.
 
Sportal.az xəbər verir ki, o, ölkə millisinin sabah Fransaya qarşı keçirəcəyi 1/4 final mərhələsi qarşılaşmasını tribunadan izləyəcəyini bildirib: "Mən tribunada azarkeşlərin arasında olacam. Əynimə də yığmanın formasını geyinəcəm. Şampan içə-içə VİP otaqda niyə oturmalıyam?"
 
Qeyd edək ki, president Qudni Yohannesson vəzifəsinin icrasına avqustun 1-də başlayacaq.

Xəbər xətti