Pepe zədələnib
Portuqaliya milli komandası Avropa çempionatının yarımfinal matçı öncəsi ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Pepe zədələnib. 33 yaşlı mərkəz müdafiəçisi yığmanın məşqində iştirak etməyib. Onun AÇ-2016-2016-nın yarımfinalında Uelslə matçda oynayıb-oynamayacağı məlum deyil.
Qeyd edək ki, iyulun 6-da keçiriləcək Portuqaliya - Uels oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi