"Portuqaliya finala çıxmağa layiqdir"
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın finalında bu axşam keçiriləcək Portuqaliya - Fransa matçı haqda danışıb.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan xorvatiyalı mütəxəssis Portuqaliya millisinin finalda oynamağa layiq olduğunu bildirib:
"Portuqaliya 1/8 finalda Xorvatiyanı məğlub etdikdə, mən onların finala yüksələcəklərini söyləmişdim. Haqlı da çıxdım. Portuqaliya yığması parlaq oyun nümayiş etdirmir. Ancaq nəticə hər şeyi deyir. Baş məşqçi Fernandu Santuş komandanı yaxşı hazırlayıb və onlar finala çıxmağa layiqdir. Santuşun məqsədi gözəl yox, səmərəli oyun sərgiləməkdir. İndi artıq onlar Avropa çempionu olmağa çox yaxındırlar".
Qeyd edək ki, bu axşam "Stad de Frans" stadionunda keçiriləcək Portuqaliya - Fransa final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi