"Qarabağ" növbəti mərhələdə YENİLƏNİB

21:50 - 20 İyul 2016

Cavab matçı
 
Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti matçına çıxıb. Ağdam təmsilçisi Lüksemburqda "Düdelanj"lın qonağı olub.
 
Qarşılaşma 1 - 1 hesablı bərabərliklə başa çatıb. Bu nəticə ilə növbəti mərhələyə vəsiqə qazanan "Qarabağ" Çexiyanın "Viktoriya" Plzen klubu ilə qarşılaşacaq.
 
20 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
 
20:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) 1:1
QOL: Momar Ndaye - Reynaldo, 90+4
İlk oyun - 0 - 2
Baş hakim: Kevin Klansi idarə edəcək. 
Yan xətt hakimləri: Stevenson Styuart və Karr Sin  
Dördüncü hakim: Robertson Donald (hamısı Şotlandiya)
"Jos Nosbaum" stadionu.

Xəbər xətti