Cavab matçı
Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təşkil edən "Kəpəz" bu gün növbəti matçını keçirəcək. Gəncə təmsilçisi evdə Avstriyanın "Admira" klubunu sınağa çəkəcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan Şahin Diniyevin komandası həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.
20 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu
20:00. "Kəpəz" (Azərbaycan) - "Admira" (Avstriya) 0:2
QOL: Kransmüller, 17, Patrik Şmidt
İlk oyun: 0 - 1
Baş hakim: Vitali Meşkov
Yan xətt hakimləri: Valeri Dançenko və Maksim Qavrilin
Dördüncü referi: Mixail Vilkov (hamısı Rusiya)
Bakı. "Dalğa Arena".
saytlarin hazirlanmasi