"Bu, mənim üçün maraqlı bir təcrübə idi"
Bakı "İnter"inin sabiq çexiyalı futbolçusu İvo Taboriski ölkəsinin "Dinamo Çeske" klubu ilə 3 illik müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu "denik.cz" saytına geniş müsahibə verib. O, müsahibəsində "İnter"də keçirdiyi günləri belə xatırlayıb:
"Teplitse" məni Azərbaycanın "İnter" klubuna icarəyə verdi. Orada yaxşı təcrübə qazandım. Azərbaycanda gözəl futbol həyatı var idi, lakin bir az mürəkkəb idi. "İnter"də heyətə düşməkdə çətinlik çəkirdim. Mən ora əsas hücumçu kimi getmişdim. Lakin komandanın baş məşqçisi Kaxaber Sxadadze öz oğlu Baçana Sxadadzeni oynadırdı. Mənə isə şans vermirdi. Bu, mənim üçün maraqlı bir təcrübə idi".
Qeyd edək ki, İvo Taboriski 2014-cü ildə "İnter"də 6 oyun keçirib və qol vurmayıb.
saytlarin hazirlanmasi