"Viktoriya"nın baş məşqçisi: "Bizim üçün rəqibin fərqi yoxdur" MÜSAHİBƏ

12:57 - 20 İyul 2016

"Son zərbələrdə bəzi problemlərimiz var"
 
"Viktoriya" Plzenin baş məşqçisi Roman Pivarnik Çexiya mətbuatına müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- "Lokomotiv"lə matçda komanda əldə etdiyi fürsətləri dəyərləndirə bilmədi...
- "Başakşəhər"lə oyunda da qol buraxmamışdıq. Bu matçda d belə oldu. Yoxlama görüşlərində qolların az vurulması normaldır. Mən futbolçularımda belə oyunlarda qol vurmalarını tələb etmirəm. Rəqibimiz yaxşı komandadır. İlk hissədə küləyə qarşı oynadıq. Etiraf edim ki, son zərbələrdə bəzi problemlərimiz var. Komandamdan razı qaldım.
 
- Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibiniz bilinəcək.
- Həmin oyunu diqqətlə izləyəcəm. Hər iki klub ölkəsinin çempionudur.
 
- İlk oyunda "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib. Hansı komanda ilə qarşılaşmağı daha çox istəyirsiz?
- "Qarabağ"ın büdcəsi bizimkindən çoxdur. "Düdelanj"la matçda favorit onlardır. Amma cütün taleyinə aydınlıq gəlməyib. Lüksemburq təmsilçisi zəif rəqib deyil. Hər şey ola bilər. Bizim üçün rəqibin fərqi yoxdur. Öz oyunumuzu oynayacağıq.
 
- "Viktoriya" Çempionlar Liqasına tam hazırdır?
- İstəyim odur ki, komplektləşdirilmiş bir kollektivimiz olsun. Fikrimcə, bu, bizdə alınır. Futbolçularıma güvənirəm. Daha çox çalışmalı və istəyimizə nail olmalıyıq.

Xəbər xətti