Cavab oyunları
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində növbəti oyunlar baş tutacaq.
Sportal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qəbələ" və "Neftçi" də cavab oyunlarını keçirəcək.
Qəbələ səfərdə 2:1 hesabı ilə məğlub etdiyi Macarıstanın MTK klubunu sınağa çəkəcək. Bu cütün qalibi Fransanın "Lill" klubu ilə üz-üzə gələcək.
"Neftçi" isə ilk oyunda 0:0 hesablı heç-heçə etdiyi Makedoniyanın "Şkendiya" klubunun qonağı olacaq. Bu cütün qalibi Çexiyanın "Mlada" klubu ilə qarşılaşacaq.
21 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunları
21:00. "Qəbələ" (Azərbaycan) - MTK (Macarıstan) 2 - 0
QOLLAR: Sergey Zenyov, 7, Teo Uiks, 37
İlk oyun: 2 - 1
Baş hakim: Mete Kalkavan
Yan xətt hakimləri: Ceyhun Sesigözəl və Esat Sancaktar
Dördüncü hakim: Serkan Çinar (hamısı Türkiyə)
Stadion: "Bakcel Arena"
22:00. "Şkendiya" (Makedoniya) - "Neftçi" (Azərbaycan) 1 - 0
QOL: Besart İbrahimi, 31
Qırmızı vərəqə: Vançe Şikov, 71
İlk oyun: 0 - 0
Baş hakim: Erik Lambrext
Yan xətt hakimləri: Karel de Roker və Jo de Veyrdt
Dördüncü hakim: Frederik Geldhof (hamısı Belçika)
Stadion: II Filip stadionu
saytlarin hazirlanmasi