İsrafilov klub axtarışındadır
İspaniyanın "Mursiya" klubu millimizin futbolçusu Eddi İsrafilovu transferə çıxarıb.
Sportal.az xəbər verir ki, III Divizion klubu İsrafilovu transfer etmək istəyən klublardan 1,5 milyon avro tələb edir. İsrafilovun "Mursiya" ilə 1 illik müqaviləsi qaldığı üçün klub millimizin üzvünü satmaq istəyir.
Əlavə edək ki, Eddi İsrafilov ötən mösümü icarə əsasında "Eybar" və "Kordoba" klublarında keçirib.
saytlarin hazirlanmasi