"Qəbələ" kamerunlu hücumçu transfer etdi

18:55 - 21 İyul 2016

Marsel Essombe ilə razılıq əldə edilib

 

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, əyalət təmsilçisi Rumıniyanın "Dinamo" Buxarest klubunun kamerunlu hücumçusu Marsel Essombe ilə razılıq əldə edib. Bu barədə "qırmızı-qaralar"ın rəsmi "facebook" səhifəsində məlumat verilib:

 

"Qəbələ" İdman Klubu və "Dinamo" (Buxarest, Rumıniya) arasında hücumçu Marsel Essombenin (06.05.1988, Kamerun) klubumuza transferi ilə bağlı razılaşma əldə olunub. Essombe danışıqların yekunlaşdırılması və tibbi müayinədən keçmək məqsədilə ölkəmizə dəvət edilib. 
 
Futbolçu karyerasına Fransada başlayan Essombe karyerası boyunca adıçəkilən ölkənin bir sıra klublarında forma geyinib. O, son mövsümü "Dinamo"da keçirib".

Xəbər xətti