Roman Qriqorçuk: "Lill"in Bakıya gəlməsi bizi ancaq sevindirə bilər" MÜSAHİBƏ

23:27 - 21 İyul 2016

"Oyuna kim daha hazırdısa, o da şans qazanır"
 
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ” "Bakcell Arena”da Macarıstanın MTK komandasının qəbul edib
 
Qarşılaşma təmsilçimizin 2-0 hesablı qələbəsiylə başa çatıb. Bu qələbə sayəsində "Qəbələ” adını növbəti mərhələyə yazdırmağı bacarıb. 
 
Sportal.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib: 
 
- Birinci qoldan sonra sanki "Qəbələ”yə nəsə olmuşdu. Komandada nə baş verirdi?
- Çox yaxşı bir şey baş vermişdi. O baş verdi ki, biz növbəti mərhələyə adladıq. Komandamın oyunundan razıyam. Bu gün çox yaxşı futbol sərgilədik. Düzdü, biz heç vaxt ideal oyun sərgiləyə bilmərik. Bu oyunlarda etdiyimiz səhvləri növbəti oyunlarda təkrarlamamağa çalışacağıq.
 
- İlk oyundan sonra "Lill"in oyunlarına baxmağa başlamışdız?
- Mən heç vaxt yalan danışmıram. Ola bilər ki suallardan yayına bilərəm. Bu günə kimi "Lill"in oyunlarına baxmamışam. Ancaq bundan sonra baxacam.
 
- Rəqib bizim Avropanın ən yaxşı komandalarından olduğunu dedi...
- Bugünkü rəqibimiz çox güclü idi. Sevinirəm ki, 2-ci mərhələdə məhz bu komandayla qarşılaşdıq. Bu oyundan qalib ayrılmışıqsa, deməli, biz daha yaxşı hazırlaşmışdıq.
 
- Rəqib komanda oyunun sonlarında rəqib oynayırdı. Əvəzetmələri buna görə etdiz?
- Mən heç nədən qorxmuram. Mənim üçün əsas olan komandanın oyunudu.
 
- Komandanın güclü olduğunu dediz. Ancaq legioner limitinə görə çempionatda bu heyətlə oynamaq olmayacaq. Bu sizi narahat etmir ki?
- Qətiyyən narahat deyiləm. Əlbəttə, reqlamentə əməl edəcəyik. Yenə ən yaxşılar heyətdə olacaqlar.
 
- Ötən il komanda bu mərhələdə "Apollon"la qarşılaşmışdı. Bu dəfə isə "Lill"lə qarşılaşcaqsız. Həyəcan eynidi?
 - "Lill" böyük komandadı. Bu komandanın Bakıya gəlməsi bizi ancaq sevindirə bilər. Belə rəqibə qalib gəlmək bizim üçün gözəl olardı.
 
- Ötən mövsüm daha çox Rafaelə Santosa daha çox şans verirdiz. Bu il isə Vernidub daha çox oynayır...
- Bizim yanaşmamız eynidi. Oyuna kim daha hazırdısa, o da şans qazanır.

Xəbər xətti