MTK-nın baş məşqçisi: "Biz Avropanın ən güclü komandalarından biriyik" MÜSAHİBƏ

23:23 - 21 İyul 2016

"Bu gün bizim komandamızda alınmadı"
 
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Macarıstanın MTK komandası "Qəbələ”nin qonağı olub. 
 
Qarşılaşma təmsilçimizin 2-0 hesablı qələbəsiylə başa çatıb. Bu nəticə MTK komandasının Avropa Liqasında mübarizəni dayandırmasına səbəb olub. 
 
Sportal.az xəbər verir ki, matçdan sonra MTK-nin baş məşqçisi Vasilis Teodoru jurnalistlərin suallarını cavablandırıb
 
"Qəbələ”ni qələbə münasibətiylə təbrik edirəm. "Qəbələ” ilk qoldan sonra ruhlandı və  yaxşı oyun sərgilədi. Qapımızda gördüyümüz qol isə bizim futbolçuları ruhdan saldı. Biz şansımızın olduğunu bildiyimiz halda, Bakıya qələbə üçün gəlmişdik.
 
- İkinci qoldan sonra maçtda dönüş edəbiləcəyinizə inanırdınız?
- İlk qoldan sonra ruhdan düşmüdük, ikinci qoldan sonra isə daha da "sındıq”. Ik oyundakı məğlubiyyət də şansımızı azaltmışdı. 
 
- İkinci hissədə hücuma atılacağınızı gözləyirdik. Amma bu, baş vermədi...
- Bilərəkdən müdafiə olunmurduq. Biz Avropanın ən güclü komandalarından biriyik. Sadəcə, bu gün bizim komandamızda alınmadı. 
 
- Avropa Çempionatında parlaq oyunu ilə diqqət çəkən Macarıstanı təmsil edən MTK-nın belə oyununu biabırçılıq kimi qəbul etmirsiniz ki?
- Biz psixoloji cəhətdən uduzduq. Bunu Macarıstan futbolunun zəifliyi ilə əlaqələndirmək olmaz.

Xəbər xətti