Teo Uiks: "Ederlə bir neçə dəfə qarşılaşmışıq" MÜSAHİBƏ

01:52 - 22 İyul 2016

"Biz rəqibimizdən çəkinmirik"
 
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdıran “Qəbələ”nin yarımmüdafiəçisi Teo Uiks oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Oyun haqda fikirlərini bildirərdin…
- Çətin oyun keçdi. Qələbəni asan şəkildə əldə etmədik. Xeyli əziyyət çəkməli olduq.
 
- “Samtrediya” güclü idi, yoxsa MTK Budapeşt?
- “Samtrediya”. Onlar daha yaxşı mübarizə aparırdılar. MTK isə uzun ötürmələrdən istifadə edirdi.
 
- Növbəti mərhələdə rəqib Fransanın “Lill” klubudur…
- Rəqibimiz haqda hər kəs məlumatlıdır. Güclü komanda olduqlarını yaxşı dərk edirik. İşimiz çox çətin olacaq.
 
- Komanda yoldaşın Məhəmməd Mirzəbəyov müsahibəsində qeyd etdi ki, “Lill”in Ederi varsa, bizim də Teo Uiksimiz var”...
- … (gülür). Eder Portuqaliya yığmasının forvardıdır. Yaxından tanımıram və dostluq əlaqəmiz də yoxdur. Lakin onunla bir neçə dəfə qarşılaşmışıq. Ederə qarşı oynamaq maraqlı olacaq. Biz rəqibimizdən çəkinmirik. Bacardığımızı edəcəyik.
 
- "Qəbələ"nin heyətində 4 oyuna 5 qol vurmusan. 
- İstəyirəm ki, qollarımın sayı çox olsun. Komandama faydalı olmaq istəyirəm.

Xəbər xətti