"Neftçi"ni meydanda azlıqda qoyması bəs deyildi, ayağı da qırıldı FOTO

11:36 - 22 İyul 2016

Şikov uzun müddət oynamayacaq
 
Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" klubuna məğlub olan "Neftçi" turnirlə vidalaşıb.
 
Sportal.az sport.com.mk saytına istinadən xəbər verir ki, paytaxt klubunun yeni transferi Vançe Şikov ayağını sındırıb. "Ağ-qaralar"ın makedoniyalı futbolçusu 71-ci dəqiqədə qırmızı vərəqə aldığı epizodda ciddi zədə alıb. 31 yaşlı müdafiəçinin sağ ayağı qırılıb.
 
Mənbədə Şikovun uzun müddət futboldan uzaq qalacağı qeyd olunub.
 

Xəbər xətti