"Təcrübəli olduğumuz üçün mərhələni adladıq"
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdıran “Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov oyundan sonra jurnalistlərə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Oyun haqda nə söyləyə bilərsiz?
- Rəqibimiz yaxşı komanda idi. Təcrübəli olduğumuz üçün mərhələni adladıq. Şadam ki, qələbə qazandıq.
- Epizodların birində qol vura bilmədiyin üçün çox təəssüfləndin...
- Qol vurmağı çox istəyirdim. Çünki avrokuboklarda 7 qol vurmuşam. Əslində isə 8 qoldur. UEFA qollarımın birini “yeyib”. “Neftçi” nin heyətində APOEL-ə vurduğum qolumu hesaba almayıblar. Qol vurmadığım üçün təəssüflənsəm də, qələbə qazanıb mərhələ adladığımız üçün çox xoşbəxtəm.
- İkinci hissədə komanda dayandı...
- Bəziləri blə deyir. Amma biz dayanmamışdıq. İkinci hissədə 100 faizli 4-5 qol vəziyyəti yaratdıq. Bir az rahat oynadıq və top saxlamağa üstünlük verdik.
- Növbəti rəqibiniz “Lill” haqda nə söyləyə bilərsiz?
- “Lill” haqda danışmağa dəyməz. Hər kəs bilir ki, rəqibimiz necə komandadır. Rəqibi analiz etməmişik. Istirahətdən sonra rəqib haqda məlumat toplayacağıq. Bu cür komandalara qarşı oynamaq motivasiya tələb etmir. “Lill”ə qarşı oynamaq özü bir motivasiyadır.
- “Lill”i necə keçmək olar?
- Tək istəklə futbol olmur. Fiziki, istək, texnika və taktika vəhdət təşkil etməlidir. Komanda komplektləşdirilməlidir. Tək istəklə 1 oyun udmaq olar, amma sonrası mümkün deyil.
- Ötən mövsüm “Qəbələ” istəkli oyunla qrup mərhələsinə vəsiqə əldə etdi...
- Tək istəklə mümkün deyil. Gərək keyfiyyətli oynayasan. Bu il daha yaxşı oynayırıq. Heyətimizdə Dodo və Qay kimi texnikalı futbolçular var idi. Ötən il rəqiblərimiz bir qədər zəif idilər. “Apollon” və “Panatinaikos”u “Lill”ə müqayisə etmək olmaz.
saytlarin hazirlanmasi