Fransa mətbuatı "Qəbələ"dən yazdı: "Ehtiyatlı olun!"

12:27 - 22 İyul 2016

"Bu komandaya yuxarıdan aşağı baxmaq olmaz"
 
Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK Budapeşt klubunu mübarizədən kənarlaşdıran "Qəbələ" növbəti raundda Fransanın "Lill" klubu ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, Fransa mətbuatı "Qəbələ"ni zəif rəqib hesab etmir:
 
"Fransa futbolu Azərbaycan futbolundan qat-qat üstündür. Lakin Azərbaycan klubları qitə miqyaslı turnirlərdə uğurlu çıxış edirlər. "Qəbələ" ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edib və qrupu son pillədə tamamlayıb. "Qırmızı-qaralar" ölkə çempionatını 3-cü pillədə bitirib.
 
"Qəbələ" kiçik rayonu təmsil edir. Komandanı ukraynalı mütəxəssis Roman Qriqorçuk çalışdırır. "Qəbələ"nin heyətində ukraylı, xorvatiyalı, braziliyalı və gürcü futbolçular var. Həmçinin Fransa II Liqasından bizə tanış olan Baqali Dabo və Marsel Essombe də bu klubun şərəfini qoruyur.
 
Artıq "Lill"in rəqibi iki mərhələ keçib. "Qırmızı-qaralar"ın az olsa da, Avropa təcrübəsi var. Ötən mövsüm "Apollon" və "Panatinaikos" kimi güclü klubları mübarizədən kənarlaşıdıran komandadan ehtiyatlı olun! Bu komandaya yuxarıdan aşağı baxmaq olmaz".

Xəbər xətti