"Turan"ın sabiq rəsmisi "Dənizlispor"da? FOTO

16:02 - 24 İyul 2016

Menecer vəzifəsinə dəvət alıb 

 

Türkiyənin PTT 1-ci Liqasında çıxış edən “Dənizlispor” klubunda həmyerlimiz peyda ola bilər. Amma bu dəfə futbolçu yox, futbol adamı bu klubla anlaşmağa yaxındır.

 

Sportal.az saytının əldə etdiyi məlumata görə, “Turan”ın sabiq komanda rəisi İman Həsənov “Dənizlispor”dan dəvət alıb. Həsənova Türkiyə klubunda menecer vəzifəsi təklif olunub.

 

Qeyd edək ki, ötən illərdə “Dənizlispor”klubunda futbolçumuz Rail Məlikov çıxış edib. 

 

Xəbər xətti