"Qarabağ"ın "Viktoriya" ilə səfər matçı canlı yayımlanmaya bilər SON DƏQİQƏ

18:13 - 24 İyul 2016

Azarkeşlər telekanallarımız vasitəsilə bu matçı canlı izləyə bilməyəcək

 

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində iyulun 26-da səfərdə Çexiyanın "Viktoriya" Plzen klubu ilə qarşılaşacaq.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, azarkeşlər telekanallarımız vasitəsilə bu matçı canlı izləyə bilməyəcək. Məsələyə aydınlıq gətirmək üçün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Nurlan bəy hələlik heç bir telekanalın matçın yayımlanması ilə əlaqədar onlara müraciət etmədiyini bildirdi.

 

Qeyd edək ki, II təsnifat mərhələsinin "Düdelanj" - "Qarabağ" matçı da kanallarımız vasitəsilə canlı yayaımlanmamışdır.

Xəbər xətti