"Forza Neftçi" bəyanat yayıb
"Neftçi"nin uğursuzluqları azarkeşlərin səbir kasasını daşdırıb.
Sportal.az xəbər verir ki, paytaxt klubunun əsas azarkeş qruplarından olan "Forza Neftçi" bəyanatla çıxış edib. Azarkeşlər Müşahidə Şurasının istefasını tələb edir. Həmin bəyanatı təqdim edirik:
"Forza Neftçi"nin rəsmi bəyanatı
Başda Çingiz Abdullayev olmaq üzrə, hörmətli "Neftçi" PFK rəhbərliyi;
"Forza Neftçi" Azad Azarkeş Qrupu olaraq bəyan edirik ki, sevimli komandamızın son iki ildəki acınacaqlı vəziyyətindən narazı olduğumuzu dəfələrlə bildirmişik. Bizlər pis günün azarkeşləriyik və narazılığımızı bildirdiyimiz qədər də həm rəhbərliyə, həm də oyunçularımıza dəstəyimizi bildirib, göstərmişik və hər oyunda göstərirdik. Amma komandaya verdiyimiz dəstək qarşısında, ruhsuz bir Neftçi görmək bizi gözyaşlarına qərq etdi və artıq sizə verdiyimiz möhlət bitdi. Forza Neftçi Azad Azarkeş Qrupu olaraq başda baş məşqçi Vəli Qasımov olmaq üzrə bütün Müşahidə Şurasının istefasını tələb etməklə yanaşı, “Neftçi” kimi tarixi bir klubun şərəfli formasını haqq etməyən bəzi oyunçularımızın da komandadan getməyini tələb edirik. 23.07.2016 tarixi etibarilə adı keçən şəxslər istefa vermədikləri təqdirdə, istefa tələbimizi tribunadan bildirməyə davam edəcəyik. Bu azarkeşlər kimlərəsə görə gözüyaşlı qalmaq məcburiyyətində deyil.
saytlarin hazirlanmasi