Aqil Məmmədovun yeni klubu məlum oldu

01:53 - 25 İyul 2016

6 aylıq müqavilə imzalandı
 
Yay transfer dönəmində "Neftçi”dən ayrılan Aqil Məmmədovun yeni komandasının adına aydınlıq gəlib. 
 
Sportal.az xəbər verir ki, millimizin qapıçısı AZAL klubu müqavilə imzalayıb. Təcrübəli qolkiper müqaviləyə əsasən 6 ay "təyyarəçilər"in şərəfini qoruyacaq.
 
Qeyd edək ki, Aqil Məmmədovun AZAL-la müqavilə imzalayacağı haqda ilk məlumatı Futbol11.az saytı yaymışdı.

Xəbər xətti