Məşqlər edəcək
Azərbaycan millisinin qapıçı-məşqçisi Faiq Əzizov milli komanda ilə yanaşı, yeni yaranan "Səbail” klubunda da eyni vəzifədə çalışacaq.
Sportal.az xəbər verir ki, Əzizov "Səbail" komandasına məşqçi təyin olunması millimizin klubsuz olan qapıçıları Rəşad Əzizli, Kamran Ağayev və Emil Balayevin məşq yerini dəyişəməsinə səbəb olub. Buna qədər Faiq Əzizovun başçılğı altında fərdi şəkildə məşq edən qolkiperlər, bundan sonra "Səbail”in düşərgəsində Əzizovun rəhbərliyi altında çalışacaqlar.
Qeyd edək ki, Kamran Ağayev, Emil Balayev və Əzizli hazırda klub axtarışlarını davam etdirirlər.
saytlarin hazirlanmasi