Budaq Nəsirovun atası: "Kristiano Ronaldo olmasa da, yaxşı futbolçu olacağına ümid edirəm"

15:00 - 25 İyul 2016

"Bundan sonra hər şey Budaqın özündən asılıdı"
 
Xəbər verdiyimiz kimi, milli komandamızın futbolçusu Budaq Nəsirov karyerasını Portuqaliyada davam etdirəcək. Perspektivli futbolçumuz Portqaliyanın ən köklü komandalarından biri olan "Sportinq” klubuyla müqavilə imzalayıb. Budaq qarşıdakı 5 ili Lissabon klubunun uğurları üçün çalışacaq. 
 
Sportal.az xəbər verir ki, Budaq Nəsirovun atası Hikmət Nəsirov keçidlə bağlı danışıb:
 
Hikmət Nəsirov Budaqın futbolçu kimi yetişməsində əməyi keçən hər kəsə təşşəkkür etməyi yaddan çıxarmadı:
 
"Əvvəlcə Budaqın futbolçu yetişməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Tovuz Futbol Məktəbində çalışanlara, "Sumqayıt” klubunun rəhbərliyinə, Əsgər Abdullayevə  və "Kəpəz”in baş məşqçisi Şahin Diniyevə təşəkkür edirəm. Xüsusən də oğlumun meneceri Vaqif Heydərliyə təşəkkür edirəm. Budaqın hazırkı vəziyyətdə olmasında Heydərlinin əməyi böyükdü”. 
 
Nəsirov oğlunun "Sportinq”də özünü göstərə biləcəyinə inandığını da bildirib:
 
"Uzun söz-söhbətlərdən sonra keçid baş tutdu. Budaq Portuqaliya klubu ilə 5 illik müqavilə imzalayıb. Həqiqətən də, böyük bir işdi. Bundan sonra hər şey Budaqın özündən asılıdı. Budaq Azərbaycanı Portuqaliyada yüksək səviyyədə təmsil etməyi bacaracaq. Mənə elə gəlir ki, Budaq etimadı doğruldacaq. Budaq oynadığı bütün komandalarda özünü doğrultmağı bacardı. Kristiano Ronaldo olmasa da, yaxşı futbolçu olacağına ümid edirəm”. (futbol11.az)

Xəbər xətti