"Ona uğurlar arzulayıram"
Xəbər verdiyimiz kimi, milli komandamızın futbolçusu Budaq Nəsirov Portuqaliya nəhəngi "Sportinq" Lissabonla müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, keçidlə bağlı "Zirə"nin portuqaliyalı müdafiəçisi Migel Lorenzo saytımıza açıqlama verib:
"Budaq Nəsirovu tanımıram. Amma "Sportinq" zəif futbolçunu transfer etməz. Deməli, o, bacarıqlı futbolçu olduğu üçün "Sportinq"dədir. Budaq Nəsirova uğurlar arzulayıram. "Sportinq" Avropanın ən yaxşı klublarından biridir. O, özünü yaxşı tərəfdən göstərə bilər. Bu, onun üçün yaxşı fürsətdir".
saytlarin hazirlanmasi