Əlcəzairli futbolçu Budaq Nəsirovun "Sportinq"ə keçidindən danışdı

00:44 - 26 İyul 2016

"Budaq Nəsirov haqda məlumatım yoxdu"
 
Xəbər verdiyimiz kimi, milli komandamızın futbolçusu Budaq Nəsirov Portuqaliya nəhəngi "Sportinq" Lissabonla müqavilə imzalayıb.
 
Sportal.az xəbər verir ki, keçidlə bağlı "Sportinq"in 28 yaşlı əlcəzairli forvardı İslam Slimani saytımıza açıqlama verib:
 
"Budaq Nəsirov haqda məlumatım yoxdu. Sözün düzü, azərbaycanlı futbolçu tanımıram. Yalnız "Qarabağ" və "Qəbələ" klublarının adını eşitmişəm və oyunlarından fraqmentlər görmüşəm. Budaq Nəsirova komandamızda uğurlar arzulayıram. Əgər o, bizim komandamızla müqavilə imzalayıbsa, deməli, potensialı var".

Xəbər xətti