III təsnifat mərhələsi
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
Sportal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" növbəti matçını keçirəcək. Ağdam təmsilçisi səfərdə Çexiyanın "Viktoriya" Plzen klubunun qonağı olacaq.
"Doosan Arena"da keçiriləcək "Viktoriya" Plzen - "Qarabağ" qarabağ qarşılaşması Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Tofiq Bəhramov adında Respublika stadionunda keçiriləcək.
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
22:15 "Viktoriya" Plzen - "Qarabağ" 0 - 0
Qırmızı vərəqə: Yan Baranek, 75
Baş hakim: Aleksandar Stavrev
Yan xətt hakimləri: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dmitar Meçkarovski (hamısı Makedoniya)
UEFA nümayəndəsi: Reymond Ellinqem (İngiltərə)
Hakim-inspektor: Yonel Piskonu (Rumıniya)
Stadion: "Doosan Arena"
saytlarin hazirlanmasi