"Sumqayıt" "Traktor Sazi"nin futbolçusu ilə müqavilə imzaladı

11:11 - 27 İyul 2016

Samir Abasovun istəyi yerinə yetirildi
 
"Traktor Sazi"nin futbolçusu İbrahim Abdunicatın "Sumqayıt"da baxışda olması haqda məlumat vermişdik.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, Samir Abasov 22 yaşlı hücumameyilli oyunçunun çıxışını bəyənib. Samir Abasovun istəyilə cənubi azərbaycanlı futbolçu "Sumqayıt"la 1 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Abdunicat "Sumqayıt"ın heyətində yoldaşlıq matçlarında 2 qol vurmağı bacarıb.

Xəbər xətti