Dino Nidlovu: "Bu transfer mənim üçün irəli atılmış addımdır"

19:56 - 12 Avqust 2016

Xəbər verdiyimiz kimi, "Qarabağ" "Anartosis"in cənubi afrikalı hücumçusu Dino Nidlovu ilə 2 illik müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu fikirlərini klubun rəsmi saytına bölüşüb:

 

"Qarabağ"a gəlməmişdən əvvəl də bu komanda haqda məlumatım var idi. Ona görə də, təklif gələndə elə də götür-qoy etməyə ehtiyac olmadı. Bura gəlməyim karyeramda yeni səhifədir. Çalışacam, "Qarabağ"da öz oyunumla komandaya fayda verim. Bu transfer mənim üçün irəli atılmış addımdır".

Xəbər xətti