Azərbaycan Premyer Liqasının II turunda "Qəbələ” Mərdəkanda yerləşən "Dalğa Arena”da Bakının "İnter” klubunu qəbul edib.
Qarşılaşma 0-0 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra keçirilən mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib: "Hava necə idisə də, oyun da elə alındı. İkinci hissədə yaxşı oynadıq və hücumlar qurmağa başladıq. Bir xal pis nəticə deyil. "Qəbələ” yaxşı komandadı və onlara Avropa Liqasında uğurlar arzulayırıq. Bizim vaxtımız var və növbəti oyunlara hazırlaşmalıyıq”.
- Nəticəni oyuna görə hesab edirsiniz?
- "Qəbələ” müəyyən üstünlüklərə malik idi. Ancaq ciddi hücumlar təşkil etmirdilər. Bəli, nəticəni oyuna görə hesab edirəm.
- Komandanızı çempionluğa iddialı saymaq olar?
- Hələ ki, çempionatın əvvəlidi. Bu barədə nəsə demək çətindi. Onu deyə bilərəm ki,biz mübarizə aparacağıq.
- Sizcə, "Qarabağ”a qarşı oynamaq daha çətin idi, yoxsa "Qəbələ”yə?