Dario Federiko: "Maksimum formada deyiləm" MÜSAHİBƏ

22:32 - 13 Avqust 2016

Azərbaycan Premyer Liqasının 2-ci turunda AZAL-ı qəbul edən "Kəpəz" 0:0 hesablı heç-heçəyə razılaşıb. Matçdan sonra Gəncə klubunun futbolçusu Dario Federiko oyundan sonra Sportal.az-ın əməkdaşına müsahibə verib:

 

- "Kəpəz"in oyunu niyə alınmadı?

- Hava da çox isti idi. İlk hissədə zəif təsir bağışladıq. İkinci hissədə bir neçə şansımız olsa da, fərqlənə bilmədik.

 

- İlk iki turda 1 xal toplamısız. Komanda Avropa Liqasında çıxışını dayandırdıqdan sonra özünə gələ bilmir...

- Çempionat yeni başlayıb. Komandamız güclüdür. Öz sözümüzü deyəcəyik. İlk turlar həmişə ağır olur.

 

- Meydanlarda əvvəlki Darionu görə biləcəyik?
- Ağır zədədən sonra özümə gəlmək çətin idi. Şükürlər olsun ki, ağrılar hiss etmirəm. Amma maksimum formada deyiləm. Formamı bərpa etmək üçün daha çox oynamalıyam. Oyundan-oyuna daha da yaxşılaşacam. Hələ çempionat yeni start verib.
 
- Premyer Liqada komandanın qarşısına nə hədəf qoyulub?
- İstəyirik ki, yenidən avrokuboklara vəsiqə qazanaq.

 

- Penalti epizodu haqda nə söyləyə bilərsən?

- Hakim epizoda yaxın idi. Məni rəqib yıxmışdı.

Xəbər xətti