Bu gün keçiriləcək bir qarşılaşma ilə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, turun son matçında paytaxtın "Neftçi" və "Zirə" klubları üz-üzə gələcək.
Meydan sahibi "Neftçi" "Zirə"ni qəbul edəcək. "Baksel Arena"nın ot örtüyü yararsız halda olduğu üçün görüş "Əlincə Arena"da baş tutacaq və saat 21:00-da start götürəcək.
21:00. "Neftçi” – "Zirə” 0 - 1
QOL: Vüqar Mustafayev, 43
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Rahil Ramazanov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
"Əlincə Arena” stadionu