Tadas Simaitis: "Bu fikirlərlə razı deyiləm" MÜSAHİBƏ

12:12 - 14 Avqust 2016

Azərbaycan Premyer Liqasının 2-ci turunda AZAL-ı qəbul edən "Kəpəz" 0:0 hesablı heç-heçəyə razılaşıb.

 

Matçdan sonra Gəncə klubunun qapıçısı Tadas Simaitis Sportal.az-ın əməkdaşına müsahibə verib:

 

- Qarşılaşma ilə bağlı fikirlərin maraqlıdı.
- Hava çix isti idi. Buna baxmayaraq stəyirdik ki, qələbə qazanaq. Əfsuslar olsun ki, azarkeşlərimizi sevindirə bilmədik. Mösüm yeni başlayıb. Qarşıdakı turlarda yaxşı nəticələr əldə edəcəyik.
 
- Hakim penalti verməməkdə haqlı idi?
- Mən o epizoddan çox uzaq idim. Nəsə söyləməyim düz olmaz.
  

- Avropa Liqasında “Admira”ya uduzduqdan sonra komandada əhval-ruhiyyə pozulmayıb?

- Artıq bu, geridə qalıb. Gələcəyə baxmalıyıq. İstəyirdik ki, “Admira”nı keçək. Amma alınmadı. Çempionata köklənməliyik və yenidən avrokuboklara vəsiqə qazanmalıyıq.


- "Kəpəz"in ötənilki ilə müqayisədə zəiflədiyini demək olar?
- Xeyr. Bizim yaxşı kollektivimiz var. Bizim zamana ehtiyacımız var.
 
- Tadas, “Kəpəz”də digər 2 qapıçının səninlə rəqabət apara bilmədiyini söyləyənlər var və buna görə də sən həmişə start heyətdə olursan…
- Deməzdim. Eyyub Əliyev gəncdir. Onun gələcəyi parlaqdır. O gələcək vəd edən güclü qolkiper olacaq. Davud Kərimi də təcrübəlidir. Bizim heyətimizdə rəqabət böyükdür. Bu fikirlərlə razılaşa bilmərəm.

 

- Azərbaycan Premyer Liqasında bəyəndiyin qapıçı kimdir?
- Dmitri Bezotosnını çox bəyənirəm. O, həqiqətən də güclü qolkiperdir. Həmçinin İbrahim Şehiçi də söyləyə bilərəm.

Xəbər xətti