Vəli Qasımov: "Hücum və müdafiə xəttində ciddi problemlərimiz var" MÜSAHİBƏ

22:27 - 14 Avqust 2016

Azərbaycan Premyer Liqasının II turunda "Əlincə Arena”da "Neftçi” və "Zirə” komandaları münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma "Zirə”nin 1-0 hesablı qələbəsiylə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib:
 
"Zirə” bizim üçün çətin rəqibdi. Bu komandaya qalib gələ bilmirik. Bizim hücum və müdafiə xəttində ciddi problemlərimiz var. Məğlubiyyətə də məhz bunu səbəb göstərərdim. 
 
- "Zirə”nin çətin rəqib olduğunu dediz. Üumiyyətlə, sizin üçün rahat komanda hansıdı? 
- Son oyunlarda bu komandaya qalib gələ bilmədiyimizə görə bu komandanı çətin rəqib adlandırdım. 
 
- "Şkendiya” ilə səfər oyunundan sonra azarkeşlər sizdən inciyib. Bu barədə nə deyə bilərsiz? 
- Biz futbolu azarkeşlər üçün oynayırıq. Azarkeşlər bizdən daim qələbə tələb edirlər. Onları başa düşürəm.

Xəbər xətti