Azərbaycan Premyer Liqasının 2-ci turu keçirilən 4 matçla arxada qalıb.
Sportal.az xəbər verir ki, baş tutan 4 matçda 7 min 570 azarkeş qeydə alınıb. Ən çox azarkeş Gəncədə qeydə alınıb. Belə ki, burada baş tutan "Kəpəz" - AZAL (0:0) qarşılaşmasında 5000 izləyici olub.
"Sumqayıt" - "Qarabağ" (0:2) oyununda isə 1320 tamaşaçı qeydə alınıb. "Neftçi" - "Zirə" (0:2) matçında 750, "Qəbələ" - "İnter" (0:0) qarşılaşmasında isə 500 izləyici olub.