Avropa Liqasının pley-off mərhələsində avqustun 18-də “Qarabağ”ı qəbul edəcək “Göteborq”un müdafiəçisi Emil Salomonsson İsveç mətbuatına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- “Qarabağ”la matçlar haqda nə düşünürsən?
- Bu oyunlar bizim və azarkeşlərimiz üçün çox vacib olacaq. Oyuna hazırıq. Qarşılaşmanın çətin keçəcəyini dərk edirik. Bu oyunlar rinqdə qarşılaşan 2 boksçunun mübarizəsini xatırladacaq. Hər iki komanda üçün son şansdır.
- Qrupa düşmək şanslarını necə dəyərləndirirsiniz?
- Artıq bizim 4-cü cəhdimizdir. Hər mövsüm təcrübə toplayırıq. Əvvəlki 3 mövsümü yaxşı keçimişik, yalnız ötən il HİK-lə oyun istisnadır. Həmin məğlubiyyətdən dərs çıxarmışıq.
- Bu mövsüm doğma meydanda HİK-ə məğlub olsanız da, səfərdə əvəzini çıxdız...
- Həmin oyunu möhtəşəm keçirdik. Evdı uduzsaq da, səfərdə qalib gəldik. Azarkeşlərimiz əla atmosfer yaratmışdı. 400-500 nəfər bizi dəstəkləyirdi. Baş məşqçimiz bizə demişdi ki, sizdən 7:0 hesablı qələbə tələb etmirəm. 2:0 hesabı ilə qalib gəlin, kifayətdi. Biz bunu bacardıq.
- “Göteborq”un pley-off mərhələsində qədər gələcəyinə inananlar az idi.
- Futbolda öncədən proqonoz vermək çətindir. Hər şey ola bilər. Ölkəmizi avrokuboklarda təmsil edən “Malmö” kimi klub hazırda “havada” qalıb. Avrokuboklardakı çıxışlarını dayandırıblar. Öncədən nəsə demək düzgün deyil. Hər iki komandanın şansları bərabər olur. Təsəvvür edin ki, biz Avropa Liqasının qrupuna vəsiqə qazanmışıq. Bu şəhərdə hamı bizi qəhrəman adlandıracaq. Hiss edirəm ki, yaxşı olacaq.
- “Qarabağ”ı keçə bilərsiz?
- Rəqibimiz də çox təcrübəlidir. Evdə sərfəli nəticə qazanmalıyıq.
- Çempionatın son turunda “Qarabağ” rəsmiləri stadionda idi. Fərqli taktikada oynamadınız?
- Xeyr. Biz bu matçda qələbə qazanmaq isrtəyirdik və bunu əldə etdik.
saytlarin hazirlanmasi