"Qarabağ" - "Neftçi" matçının keçiriləcəyi stadion məlum oldu

17:13 - 16 Avqust 2016

Azərbaycan Premyer Liqasının III turunda baş tutacaq "Qarabağ” - "Neftçi” matçının başlama saatı məlum olub.
 

Sportal.az xəbər verir ki, Masazır qəsəbəsində yerləşən "Əlincə Arena”da keçiriləcək qarşılaşma 21 avqust, saat 20:45-də start götürəcək.
 
Qeyd edək ki, "Qarabağ"ın stadionu olan "Azərsun Arena”nın ot örtüyündə yeniləmə işləri aparıldığına görə, qarşılaşma "Əlincə Arena”da baş tutacaq.
 
21 avqust
20:45. "Qarabağ" - "Neftçi"
Masazır qəsəbəsi, "Əlincə Arena"

Xəbər xətti